Bakıda 7 nəfəri gün vurub, 3 nəfər xəstəxanaya aparılıb - YENİLƏNİB
21 iyun 2014 11:19 (UTC +04:00)

Bakıda 7 nəfəri gün vurub, 3 nəfər xəstəxanaya aparılıb - YENİLƏNİB

0
Bu ilin iyun ayında Bakıda 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, onlardan 5-i kişi, 2-si qadındır.

 

Gün vuranlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələr Bakının rayonlarında qeydə alınıb.

 

Baş həkimin müavini bu ay da təcili yardım həkimlərinə qarşı müəyyən təzyiqlər edilməsi hallarının baş verdiyini deyib. Onun sözlərinə görə, bu ay ərzində təcili yardım həkimlərinə 3 təzyiq faktı qeydə alınıb və hər 3  halla bağlı polisə müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1089

Oxşar yazılar