Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İyulun 12-də N.Abdullayev küçəsində naməlum şəxs Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Göyçək Bayramovanı boyun nahiyəsindən vurub yerə yıxaraq qızıl boyunbağını götürüb qaçıb. Nizami RPİ 23-cü PB və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Cəmaləddin Qəmbərov tutulub.
Araşdırmalar davam etdirilir.