Bakıda 5 yaşlı qız itib
Bakıda azyaşlı qız itib. 5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.
Hadisə bu gün saat 15-16 radələrində baş verib.
5 yaşlı Qələndərova Aişə Füzuli qızının əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.
Qızın itkin düşməsi ilə bağlı Pirallahı polis şöbəsinə müraciət edilib.
148