Bakıda 47 yaşlı qadını öldürən şəxs müəyyən edilərək tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 31-də paytaxtın Gəncə prospektində yaşayan 1967-ci il təvəllüdlü Gülnarə Məmmədovanın zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eyvaz İbrahimov tutulub.