Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, Günəşli qəsəbəsində 1984-cü il təvəllüdlü Rzayev Şahin Altay oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.