Bakıda 31 velosiped oğurlayan şəxs ələ keçdi
27 aprel 2016 13:19 (UTC +04:00)

Bakıda 31 velosiped oğurlayan şəxs ələ keçdi

0

Bakıda velosiped oğurluğu ilə məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 6-dan oktyabrın 19-dək olan müddətdə 3 paytaxt sakininə məxsus velosipedləri oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Ələsgərov tutulub. Onun evinə baxış zamanı 28 ədəd velosiped aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar