Bakıda 2 nəfər maşının altında qalıb öldü
05 iyun 2018 09:21 (UTC +04:00)

Bakıda 2 nəfər maşının altında qalıb öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Lent.az xəbər verir ki, gecə saatlarında Qaradağ rayonu ərazisində - "Sədərək" ticarət mərkəzinin qarşısında "Mercedes" markalı minik avtomobili 31 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

 

Oxşar hadisə dünən axşam Xəzər rayonunda da qeydə alınıb. Qala qəsəbəsində "Toyota" markalı, 99 KS 118 dövlət qeydiyyat nişanlı avtomobil 60-65 yaşlı kişini vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Nizam Rza

Oxşar yazılar