Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 27-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Göyçay rayon sakini Kamran Baxışov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Bundan başqa martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
****
10:08
Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Maştağa qəsəbəsində "VAZ 21015" markalı minik avtomobili 40-45 yaşlı kişini vurub öldürüb. Vəfat edən şəxsin kimliyini müəyyənləşdirmək istiqamətində iş aparılır.
Oxşar hadisə Sabunçu qəsəbəsində də qeydə alınıb. Heydər Əliyev prospektində "KamAZ" markalı yük maşını 1964-cü il təvəllüdlü qadını vurub. Piyada hadisə yerindəcə keçinib.
Hər iki faktla bağlı cinayət işi açılıb.