Bakının Bakıxanov qəsəbəsində baş vermiş qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 21 yaşlı Yusif Ələkbərzadənin dostu 22 yaşlı Elçin Abbasovun köynəyə görə qətlə yetirib. Milli.az-ın məlumatında bildirilir ki, Y.Ələkbərzadə dostundan köynək istəyib. Lakin Elçin köynəyini Yusifə verməkdən imtina edib. Elə bunun üstündə onlar arasında mübahisə düşüb. Söhbəti 96 saylı məktəbin həyətində davam etdirmək üçün görüş təyin ediblər. Aralarında yaranan mübahisə zəminində Yusif dostu Elçini bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən qaçıb.
Y.Ələkbərzadə Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. E.Abbasov isə tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.
***
10.41
Bakıda 21 yaşlı oğlan dostunu öldürdü
Bakıda qətl hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində-96 saylı məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Yusif Nadir oğlu Ələkbərzadə aralarında yaranan mübahisə zəminində dostu, 1992-ci il təvəllüdlü Elçin Vaqif oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən E. Abbasov tutulub.