Bakıda 20 qadın aksiya keçirdi
27 noyabr 2014 13:27 (UTC +04:00)

Bakıda 20 qadın aksiya keçirdi

0

Bakıda qadınlar aksiya keçirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) sakini kanalizasiya və yollarının pis vəziyyətdə olması ilə əlaqədar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd göstərib.

Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış izahedici söhbətlərdən sonra onlar gediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1294

Oxşar yazılar