“Mayın sonundan etibarən 9 nəfərin suda boğulması ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub”. Bunu Lent.az-a açıqlamasında stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Baş həkimin müavini qeyd edib ki, son sutka ərzində cəmi bir suda boğulma hadisəsi qeydə alınıb: “Belə ki, Şüvəlanda bir suda boğulma hadisəsi qeydə alınıb. Təcili tibbi yardım hadisə yerinə gedənə qədər suda boğulan qadının meyiti dənizdən çıxarılıb”.
Bakıda 1 qadın suda boğulub
1338