Bakıda 16 yaşlı oğlan dənizdə batdı
17 iyun 2014 18:58 (UTC +04:00)

Bakıda 16 yaşlı oğlan dənizdə batdı

0

Bakıda 16 yaşlı oğlan dənizdə bataraq ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Şüvəlan qəsəbəsində dənizin nəzarət olunmayan hissəsində Əli Ramin oğlu Səlimov batıb.

 

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub və axtarışlara başlanılıb. Ə.Səlimovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bakıda daha 2 nəfər şəxs batmaq təhlükəsi ilə üzləşib. Bakının Xəzər və Qaradağ rayonlarında dənizdə batmaq üzrə olan 2 nəfər şəxs müvafiq olaraq FHN-nin “Zuğulba-1” və “Lökbatan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1187

Oxşar yazılar