Bakıda 13 "avtoş" həbs olundu
19 may 2015 10:31 (UTC +04:00)

Bakıda 13 "avtoş" həbs olundu

Bakıda polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçısının həyatına real təhlükə yaratdığına, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə məhkəmə qərarı ilə inzibati qaydada həbs olunan 13 nəfər ictimaiyyətə təqdim olunub.
 
APA TV-nin xəbərinə görə, həbs olunan sürücülər arasında sürücülük vəsiqəsi olmayan sürücülərə də rast gəlinib.
 
“Dostumun maşını olub. Götürmüşəm 1 saatlıq sürməyə. 1 yerdə olmuşuq. Yol polisi saxladı. Əmrə tabe olmamışam”. 
 
“Dərnəgül yolu ilə  gedirdim, əl elədi, saxlamadım. Sürdüm, 20 yanvara, oradan Alatavaya , oradan “Şamaxinka”ya , oradan da Biləcəriyə...” 
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həbs olunanlardan 4-ü avtoxuliqanlığa, 4-ü polisin əmrinə tabe olmamağa, 5 nəfər avtomobili sərxoş idarə etdiyinə görə tutulub. Yol polisi əməkdaşlarının "Saxla!" əmrinə tabe olmayan daha 7 nəfərin isə axtarışları davam etdirilir. Saxlanılan sürücülərin hamısına məhkəmə qərarı ilə 15 gündən 30 günədək inzibati həbs cəzası verilib.
 
Qeyd edək ki, belə tədbirlərin keçirilməsi ictimai qınaq metodu kimi nəzərdə tutulub. Məqsəd paytaxt sakinlərinin təhlükəsizliyini və yol hərəkəti iştirakçılarının mənzil başına sağ-salamat çatmasını təmin etməkdən ibarətdir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Oxşar yazılar