Lent.az-ın təqdim etdiyi növbəti videomaterial bu dəfə də Bakıda piyadaların avtomobillər tərəfindən vurulmasına aiddir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” idarəsinin kameraları ilə qeydə alınan bu dəhşətli görüntülərdən bir daha bu nəticəyə gəlmək olar: əksər piyadalar həyatları ilə sözün həqiqi mənasında çilingağac oynayırlar. Bəziləri, ümumiyyətlə, yolda elementar davranış qaydalarını bilmir. Bircə şeyi dəqiq yadda saxlamaq lazımdır ki, avtomobil heç nəyi hiss etmir, başa düşmür. Onu idarə edən insan olsa da, bir anda avtomaşında elə bir problem yarana bilər ki, onun qarşısını ala bilməzsən.
Piyada isə insandır və insan canlıdır, təhlükəni görür, başa düşür və nəticə çıxarmalıdır. Elə biz də bu görüntüləri nəticə çıxarmaq üçün təqdim edirik. Baxın ki, yollarda daha diqqətli olasınız.
Emin