Bakı sakinləri “mavi”lərdən hökumətə şikayət etdilər
18 iyun 2014 13:24 (UTC +04:00)

Bakı sakinləri “mavi”lərdən hökumətə şikayət etdilər

Bir qrup Yasamal sakini Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lent.az-ın “müsavat.com”a istinadən xəbərinə görə, Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri  müraciətlərində bildirirlər ki, yay mövsümünün gəlişi ilə əlaqədar cinsi azlıqlar hər gecə onların yaşadığı əraziyə toplaşır: “Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Şəxsi avtomobili olan homoseksuallar isə “xidmət”lərini avtomobildə həyata keçirirlər. Onlara görə yaşadığımız əraziyə müştərilər cəm olurlar. Nəticədə yaşadığımız ərazidə sərbəst hərəkət edə bilmirik. Uşaqlar, qadınlar narahatlıq içindədirlər. İctimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmirik”.

 

Müraciətdə qeyd olunur ki, sakinlər və ziyalılar narahatdırlar: “Biz mənəvi dəyərlərimizi əsas tutaraq sizdən xahiş edirik ki, tədbir görülsün. İnsanlar rahat yaşadığı ərazidə hərəkət etsin. Xahiş edirik, tabeliyinizdə olan polis orqanlarına ərazini daimi nəzarətdə saxlaması üçün tapşırıq verəsiniz”.

 

Qeyd edək ki, PA-ya və RİH-ə ünvanlanan müraciətə bina sakinləri imza atıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783
avatar

Oxşar yazılar