Bakıda donvurmadan ölüm hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindən tüfeyli həyat tərzi keçirmiş Bakı şəhər sakini Tofiq Əhmədov donvurma ilə xəstəxanaya gətirilib. O, xəstəxanada ölüb.
Araşdırma aparılır.