Noyabrın 7-də Bakı bulvarında intihara cəhd edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dənizkənarı Milli Parkda Yardımlı rayon sakini Namiq Tərlanov intihar məqsədilə özünü dənizə atmağa cəhd göstərib. Onun cəhdinin qarşısı alınıb.
Araşdırmalar aparılır.