Bacısı qızını öldürən kişi yaxalandı
27 aprel 2015 11:13 (UTC +04:00)

Bacısı qızını öldürən kişi yaxalandı

0

Bakıda qətl törədən şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail RPİ CAŞ, 9-cu PB və  Xəzər RPİ 2-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də saat 14:20 radələrində Buzovna qəsəbəsi Naxçıvani küçəsində yerləşən evdə bacısı qızı Nigar Məliklini çox saylı bıçaq zərbələrilə qətlə yetirən şəxsin yeri müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində 1973-cü il təvəllüdlü Vamiq Vaqif oğlu Aslanov tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar