AZTV sədrini öldürmək istəyənlər məhkəmədə son söz deyib
17 iyul 2018 15:22 (UTC +04:00)

AZTV sədrini öldürmək istəyənlər məhkəmədə son söz deyib

AzTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəməsi davam edir. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zöhrab Şirinovun vəkili çıxış edərək bildirib ki, müvəkilli barəsində olan ittihamların heç biri məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Buna görə vəkil Zöhrab Şirinov barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Prosesdə Şücaət Əkbərovun vəkili Babək Pənahov da müdafiə çıxışı edib. O, çıxışında Şücaət Əkbərov barəsində baraət hökmünün çıxarılmasını, ailə üzvlərinin əmlaklarına qoyulan həbsin götürülməsini tələb edib.

Şücaət Əkbərovun digər vəkili Bəxtiyar Hacıyev isə bildirib ki, məhkəmə obyektiv aparılmayıb: “Ədalətli hökm çıxarılmasını arzulayıram. Onlarla vəsatət vermişdik, heç biri təmin olunmadı. Ümid edirəm ki, müşavirə otağında nəzərə alcaqsınız”.

Zərərçəkmiş A. Alışanovun vəkili isə prokuror tərəfindən istənilən cəzanın ədalətli hesab edilməsini, təqsirləndiriləm Aqşin Hüseynov barəsində isə həbslə bağlı olmayan qərar çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən şəxslərdən Zöhrab Şirinov son sözlə çıxış edib. O deyib ki, heç kimi öldürməyə cəhd etməyib və günahı yoxdur: "Şücayət Əkbərov nə iş görüb bunu özü bilər, mən günahsızam".

Q. Cəbiyev də son sözündə ona bəraət verilməsini istəyib. Ş. Əkbərov isə çıxış üçün məhkəmədən vaxt istəyib. Buna görə proses iyunun 20-də davam etdiriləcək.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxış edərək, Şücaət Əkbərovun 18 il, Qoçali Cəbiyev 16 il Zöhrab Şirinov 17 il və Aqşin Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror həmçinin Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bəzi əmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21