
Azərbaycanda daha bir qadın öldürülüb
Azərbaycanda daha bir qətl hadisəsi baş verib. Lent.az-ın Baş Prokurorluğa istinadən məlumatına görə, martın 31-də saat 01 radələrində Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədova Lamiyə Fazil qızı yaşadığı evdə odlu silahla qətlə yetirilib. Onun meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Şəhər Baş Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1974-ci il təvəllüdlü Murad Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq zamanı M.Məmmədovun qeyd edilən tarixdə arvadı L.Məmmədovanı qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya iki dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu: qadın və kişi sürücü yaralandı
5 may 2025 , 20:53
Şollarda asılmış kişi meyiti tapıldı - MÜƏMMALI İNTİHAR
5 may 2025 , 19:33
Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə
5 may 2025 , 18:36
Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU
5 may 2025 , 18:33
Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB
5 may 2025 , 17:54
Bakıda hostel yandı
5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB
5 may 2025 , 16:05