Azərbaycanda teleaparıcı dünyasını dəyişib. Lent.az-ın milli.aza istinadən verdiyi məlumata görə, həbsxanada cəza çəkən insanları efir vasitəsilə yaxınları ilə görüşdürən, "Xəzər" televiziyasından yayımlanan “Rezonans” verilişinin aparıcısı Ağalar Ağayev dünyasını dəyişib. O, cəzaçəkmə müəssisəsində ürək çatışmazlığından ölüb.
Törətdiyi cinayətə görə 8 il müddətinə azadlıqdan məhrum edilmiş aparıcının qəflətən halı pisləşib. Təcili yardım çağırılanadək isə keçinib.

Azərbaycanlı teleaparıcı həbsxanada öldü
0
0
0
0