Azərbaycanlı hakerlər Ermənistanın 90 mühüm saytını dağıdıb
02 avqust 2014 21:24 (UTC +04:00)

Azərbaycanlı hakerlər Ermənistanın 90 mühüm saytını dağıdıb

Ermənilərin Azərbaycan saytlarına hücümuna cavab olaraq azərbaycanlı hakerlər də analoji addım atıblar.
 
Lent.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə hakerlər elektron poçtlar, email-lər vasitəsilə məlumat yayıblar. 
 
Məlumatda bildirilir ki, hakerlər Ermənistanın 90 mühüm saytını dağıdıb. Hakerlər dağıdılan saytlarda "Başın sağ olsun vətən" sözlərini yazıblar. Bununla yanaşı, saytlarda şəhid olan əsgərlərimizin adları da qeyd edilib. 
 
Saytlarda müğənni Şəmistan Əlizamanlının "Vətən əmanəti" mahnısı da yerləşdirilib. Dağıdılan saylar arasında Ermənistanın mühüm dövlət saytları, o cümlədən bir çox portalları da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5294
avatar

Oxşar yazılar