İstanbulda ölən azərbaycanlı iş adamı barədə yeni xəbər - TƏFƏRRÜAT
23 yanvar 2016 15:08 (UTC +04:00)

İstanbulda ölən azərbaycanlı iş adamı barədə yeni xəbər - TƏFƏRRÜAT

 

Baş Konsulluq: Fəxrəddin Əliyev qəza nəticəsində həyatını itirib

 

“İş adamı Fəxrəddin Əliyev poliqonda qəza nəticəsində, əlindəki silahdan təsadüfən çıxan güllə ilə həyatını itirib”.

 

Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, F. Əliyevin meyiti ədliyyə tibb qurumunun morqunda yarılıb. Meyitin Azərbaycana göndərilməsi üçün lazımi olan sənədlər Baş Konsulluq tərəfindən hazırlanaraq mərhumun yaxınlarına verilib.

 

Yanvarın 22-də axşam Fəxrəddin Əliyevin meyiti Bakıya göndərilib.

 

**

12:22

"Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləmir".

 

Azərbaycan İstanbuldakı Baş Konsulluğundan APA-ya  verilən məlumata görə, F. Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.

 

APA-nın Türkiyə müxbirinin araşdırmasına görə, bu gün intihar etdiyi bildirilən F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir.

 

F. Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda yaranıb.

 

Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirib. H. Hacıyev APA-ya açıqlamasında Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını söyləyib.

 

Qeyd edək ki, bu gün Türkiyə KİV-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə xəbər yayılıb.

 

Məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

 

F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib.  Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

 

**

11:56

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib.

 

APA-nın “egazete.tv” saytına istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

 

F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib.  Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21