Azərbaycanlı deputatlar gürcü həmkarları ilə görüşüb
08 iyul 2014 16:55 (UTC +04:00)

Azərbaycanlı deputatlar gürcü həmkarları ilə görüşüb

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun üzvləri, Bakıda səfərdə olan Gürcüstan Parlamentinin sədri David Usupaşvili və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və qrupun üzvləri millət vəkilləri Əhməd Vəliyev, Rasim Musabəyov və Əsabil Qasımov iştirak edib.

 

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Q.Paşayeva və dostluq qrupun üzvləri vurğulayıblar ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir.  “İki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi naminə biz parlamentarilər də əməkdaşlığımızı daha da inkişaf etdirməliyik”.

 

Gürcüstan Parlamentinin sədri D.Usupaşvili də öz fikirlərini bölüşüb: “Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür”.

 

Görüşün sonunda Gürcüstan Parlamentinin sədri D.Usupaşviliyə və heyət üzvlərinə Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar və  millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi  Avrasiya Beynəlxalq Araşdıqmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” filmlər kataloqu hədiyyə edildi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar