Azərbaycanın 25 xüsusi təyinatlısı Türkiyədə təlim keçib
23 iyun 2014 16:33 (UTC +04:00)

Azərbaycanın 25 xüsusi təyinatlısı Türkiyədə təlim keçib

0

Türkiyə Silahlı Qüvvələrinin tədris mərkəzində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 25 hərbçisinə təlim keçirilib.


 

APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, mayın 12-dən başlayan və iyunun 20-də başa çatan 6 həftəlik kursda Azərbaycan hərbçilərinə Sərbəst Paraşüt Kursu keçirilib. İlk dəfə olaraq Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinə havadan silahlı və tam təchizatlı düşmən arxasına atlayış qabiliyyəti qazandırılıb.

 

Azərbaycan xüsusi təyinatlıları həmçinin Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin hazırlıq mərkəzində paraşütçülərin yerüstü təlimi üçün nəzərdə tutulan Şaquli Külək Tunelində də təlimlər keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 825

Oxşar yazılar