Azərbaycanda zəlzələ baş verib.
Lent.az-ın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.
Zəlzələ 3 bala qədər hiss olunub.
**** 02.35
Lənkəranda zəlzələ olub. APA-nın cənub bürosunun məlumatına görə, dağıntı və tələfat olmasa da, 3-4 bal gücündə olan təkanlar bir neçə saniyə davam edib.
Yaşayışı binalarında yaşayan bəzi sakinlər təşvişə düşərək evlərini tərk ediblər.
Zəlzələ ətraf rayonlarda da hiss olunub.