Azərbaycanda uşaq qızdırmadan öldü
Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.
Lent.az trend-ə istinadla məlumat verir ki, hadisə Gəncə şəhərindəki Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.
Gəncə şəhər sakini,5 yaşlı Abdullayeva Zəhra Ramiz qızı Abdullayevanın bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib.
Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya çatdırılandan bir müddət sonra dünyasını dəyişib.
917