Azərbaycanda şirkət rəhbərinə cinayət işi başlanılıb
13 iyun 2014 14:45 (UTC +04:00)

Azərbaycanda şirkət rəhbərinə cinayət işi başlanılıb

0
Azərbaycanda şirkət sədri barəsində cinayət işi açılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalar zamanı 59 saylı Mənzil-tikinti kooperativinin sədri Mübariz Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ üzvlərinin iclasını təşkil etmədən saxta iclas protokolu və maliyyə arayışı tərtib edərək onların əsasında 21 min manat müqabilində 192 kvadratmetr qeyri-yaşayış sahəsinin oğlu Emin Hacıyevə verilməsini rəsmiləşdirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1476

Oxşar yazılar