Mingəçevirdə evdən külli miqdarda pul və qızıl oğurlanıb. Lent.az xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsində yerləşən beşmərtəbəli binada sələmçiliklə məşğul olan Qaragilə İsmayılovanın mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər 15 min manat pul və xeyli qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.