Azərbaycanda polis öldürən vəhhabi dəstəsinin üzvü İnterpola verilib
19 may 2015 11:09 (UTC +04:00)

Azərbaycanda polis öldürən vəhhabi dəstəsinin üzvü İnterpola verilib

 

Azərbaycanda polis zabitinin qətlə yetirməkdə təqsirləndirilən radikal dini qruplaşma üzvü beynəlxalq axtarışa verilib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 25 yaşlı Şamil Qadaşov banditizm, oğurluq, qaçaqmalçılıq və qanunsuz odlu silah saxlamaqda təqsirləndirilir. Ş. Qadaşov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

Qeyd edək ki, Ş. Qadaşov Qusarda polis əməkdaşlarına basqın edən radikal dini qruplaşmanın üzvlərindən biri olub. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Radif Ağamuradov Qusarda vəhhabi təriqətinə mənsub olan şəxslərdən “Ömər” ləqəbli Faiq Şahmuradov, “Əbu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Şamil Qadaşov və digərləri ilə mütəşəkkil dəstə yaradıblar. Onlar valyutadəyişmə məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan şəxslərə basqın edib, külli miqdarda pul əldə etmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq, Azərbaycana gətiriblər. Dəstə üzvləri həmin silahlarla Azərbaycanda bir sıra cinayət törədiblər. Onlar həmçinin Qusarın Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqda polis əməkdaşı Qalib Quliyevi qətlə yetirib, digər üç polis əməkdaşına - Mövlud Əliyev, Cəmil Nəsirov və Məhəmməd İbrahimova isə xəsarət yetiriblər.

 

Daxili İşlər Nazirliyi və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində dəstənin əksər üzvləri tutulub. Bu il mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərə hökm oxunub. Hökmə əsasən, 6 nəfər 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00