Azərbaycanda oğul anasını bıçaqladı
19 oktyabr 2019 18:30 (UTC +04:00)

Azərbaycanda oğul anasını bıçaqladı

Şəkidə 44 yaşlı qadını oğlu bıçaqlayıb.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhəri, M. F. Axundov küçəsində yaşayan Pərvanə Rəcəb qızı Nəcəfzadə sol qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 
 
Məlum olub ki, P. Nəcəfzadə yaşadığı ünvanda ailə münaqişəsi zəminində oğlu tərəfindən bıçaqlanıb. P. Nəcəfzadənin oğlunun əsəb pozuntusundan əziyyət çəkdiyi bildirilir. 
 
Faktla bağlı araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936
avatar

Oxşar yazılar