Zaqatalada növbəti dəfə zəlzələ baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən bu gün saat 12:49-da Zaqatala rayonundan 22 km cənub-qərbdə zəlzələ qeydə alınması ilə bağlı məlumat daxil olub.
Episentrdə zəlzələ 3,0 bal olub. Zəlzələ Zaqatala rayonunda və zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0 bala yaxın hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.