Lənkəran rayonunda qətl törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 25-də Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yaşayan Şamama Fərəcovanın evində qonşusu Vurğun Əlizadə münaqişə zəminində ona bıçaqla xəsarət yetirib və nəticədə Ş.Fərəcova hadisə yerində ölüb.
V.Əlizadə könüllü olaraq Lənkəran ŞRPŞ-yə gələrək təslim olub.