Cəlilabad rayonunda vətəndaşlardan külli miqdarda narkotik vasitə götürülüb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, əməliyyat zamanı 1993-cü il təvəllüdlü Xanış Əli oğlu Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Allahyar oğlu Ağalarov saxlanılıb.
Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq.135 qram heroin, 1 kq. 30 qram tiryək, 805 qram marixuana olub.
Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov "Dedektivpress" qazetinin şöbə müdiridir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.