Biləsuvarda oğurluq əməlinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Ağalı kəndindəki inzibati binaların birindən içərisində 60 manat olan seyf və sənədlər, habelə 1 mağazadan 200 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri İkram Quluzadə və İsrafil Bayramov saxlanılıblar.
Onların ətrafında əlavə araşdırmalar aparılır.