Azərbaycanda iki nəfər tonqal qalayarkən yanıq xəsarətləri alıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 12-də Masallı rayonu Binə Xocavər kənd sakini Şükür Dadaşov yaşadığı evin həyətində, Xallıcallı kənd sakini Röyal Hüseynov yaşadığı evin həyətində tonqal qalayarkən yanıq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.