Azərbaycanda güclü yanğın: 3 nəfər xəsarət aldı
29 aprel 2015 10:16 (UTC +04:00)

Azərbaycanda güclü yanğın: 3 nəfər xəsarət aldı

Şabran rayonunda güclü yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı (mərtəbələr arası və dam örtüyü qamışdan ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43
avatar

Oxşar yazılar