Polis rəisi toydan qaçan gəlindən danışdı - YENİLƏNİB
06 noyabr 2013 11:58 (UTC +04:00)

Polis rəisi toydan qaçan gəlindən danışdı - YENİLƏNİB

İki gün əvvəl Ağcabədidə baş verən və bütün ölkədə rezonans doğuran yarımçıq qalmış toyun təfərrüatları bəlli olub. Bu barədə “Qafqazinfo”ya Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli məlumat verib. Rəisin sözlərinə görə, hadisə iki gün əvvəl baş verib. Ağcabədidə toyu olan 1996-cı il təvəllüdlü 17 yaşlı şərti adı (A.Z) olan gəlin məclisdən sonra ər evinin qapısından birbaşa polis şöbəsinə gəlib: “Qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlmişdi. Gəlin iddia edirdi ki, o öz həmyaşıdı olan dayısı oğlunu sevir. Onunla birlikdə gələn dayısı arvadı da bildirdi ki, qızı öz oğluna almaq istəyindədir. Biz gəlindən soruşduq ki, madam ki, belə idi bəs nəyə görə toyun olmasına razılıq verib, prosesin bura qədər irəliləməsinə mane olmayıb? Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət etdik, onları dindirdik. Oğlan tərəfin bu işdə heç bir günahı yoxdur. 

Gəlinə sual verirəm ki, toyda iştirak etmisənmi, oynamısanmı? Deyir bəli rəis oynamışam. Deyirəm ki, bəs necə razı olmayıbsan ki, toyda iştirak edibsən, oynayıbsan?.. 

Maraqlıdır ki, bəy də gəlib dedi ki, əgər qız etiraz eləmirsə heç nə olmamış kimi götürüb evinə apara bilər. Gəlin bir müddət tərəddüd elədi. Lakin yekun olaraq dedi ki, yox, öz dayısı oğlunu sevir və onunla ailə qurmaq istəyir. Bütün qohumlarının da fikri bu oldu ki, zorla iş görmək olmaz və hər birinin izahatı alınandan sonra getdilər. Gəlin də qayıdıb atası evinə getdi. Məsələ bunla da bitdi”. 

 

****

11:18

Ağcabədi şəhərində keçirilən toy mərasimində və toydan sonra baş verənlər böyük qalmaqala səbəb olub. Lent.az-ın məlumatına görə, rayonun Avşar kənd sakinləri olan gənclərin “Cavid” şadlıq sarayında keçirilən toyundan sonra 17 yaşlı qız həyat yoldaşı ilə gərdəyə girməkdən imtina edib. Daha sonra isə o, “102” qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib.

 

Sonradan məlum olub ki, gənc qızın valideynlərinin də bu işdə rolu var. Onlar da fikirlərini dəyişib və qızı dayısı oğluna verməyə çalışırlar. Gənc qız da bildirib ki, dayısı oğlunu sevir və buna görə də nişanlı olduğu şəxslə yaşamaqdan imtina edib.

 

Bundan sonra toy edib, nişan aparan oğlan tərəfi də polisə müraciət edib. Onlar qarşı tərəfdən dəymiş ziyanı (nişan və toy xərcləri və s.) ödəməsini tələb ediblər.

 

Hazırda məsələ ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri axar.az saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12601
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10