Azərbaycanda fəhlə ekskavatordan yıxılıb öldü
Goranboyda fəhlə faciəli şəkildə ölüb.
APA-nən məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. “Körpü Bina Tikinti” MMC-də fəhlə işləyən Səlahəddin Abdullayev ekskavatorun üzərindən yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən S. Abdullayev orada ölüb.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
570