Yardımlı polisi sərhədi qanunsuz keçən şəxsləri yaxalayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yardımlı RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Yardımlı şəhərində dövlət sərhədini qanunsuz olaraq keçmiş Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza saxlanılıb.
Həmin şəxslər ətrafında araşdırmalar aparılır.