Azərbaycanda daha bir ilansancma hadisəsi
31 may 2016 20:23 (UTC +04:00)

Azərbaycanda daha bir ilansancma hadisəsi

0

Samux rayon sakinini  ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata  görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Elcan Tağıyev özünə məxsus həyətyanı sahədə işləyərkən ilan onun sol əlindən sancıb. Yaralı dərhal  Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal ilan zəhəri əleyhinə zərdab vurulub.

 

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar