Azərbaycan prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən, “Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə” aşağıdakı şəxslər təltif edilir:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Azər Məmməd oğlu
Hüseynov Cavid Ənvər oğlu
“Tərəqqi” medalı ilə
Allahverdiyev Əli Kərim oğlu
Bağırov Anar Ramiz oğlu
Cəfərov Ələddin Adil oğlu
Hüseynov Azər Soltanhəmid oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu