Azərbaycanda azyaşlı uşaq yandı
Tovuzda azyaşlı yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2 yaşlı Abduləli Həsən oğlu Bədəlov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, azyaşlının üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. Nəticədə uşağın kürək nahiyəsi yanıb.
706