Azərbaycanda "Diplomatiya Könüllüləri" İctimai Birliyi yaradıldı
XİN-in nəznində "Diplomatiya Könüllüləri" İctimai Birliyi yaradılıb.
ONA-nın xəbərinə görə, bu gün Azərbaycan Xarici İşlər Nazirliyində ictimai birliyin üzvü olan ADA, BDU, DİA, ADU-nun beynəlxalq əlaqələr fakültəsinin tələbələri ilə görüş keçirilib.
Görüşdə çıxış edən xarici işlər nazirinin müavini Ramiz Həsənov və Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev əsası qoyulan bu yeni platformanın məqsədindən danışıb. Bildiriblər ki, bu ictimai birlik XİN-in gələcək kadr bazasının formalaşmasında rol oynayacaq.
Bu könüllülər istər ölkə daxilində, istərsə də xarici ölkələrdə baş tutacaq konfranslarda iştirak edərək öz töhfələrini verəcəklər.
Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
618