Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı oldu
27 aprel 2013 14:06 (UTC +04:00)

Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı oldu

Aprelin 26-da Lənkəran rayonunun İstisu qəsəbəsində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəsəbə sakini Mətləb Məmmədov həyətyanı sahəsində traktora bərkidilmiş xüsusi qurğu ilə dirək yeri qazarkən orada olan həmkəndlisi İbrahim Gülverdiyevin ayağı qeyd olunan qurğuya düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Gülverdiyev orada ölmüşdür.

 

 

Aprelin 21-də Tərtər rayonunda yaşayan azyaşlı Səma Əlizadə üstünə qaynar su töküldüyündən xəsarətlə xəstəxanaya yerləşdirilib və aprelin 26-da orada ölüb. Bundan başqa aprelin 26-da paytaxtın Binəqədi rayon sakini Svetlana Abdullayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlər onun həyatını xilas edə bilməyib.

 

Daha bir faciəvi hadisə aprelin 26-da Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində baş verib. Kanaldan aprelin 25-də itkin düşmüş kənd sakini, azyaşlı Xəyal Qənbərovun suda boğulmuş meyiti tapılıb.

 

Hər bir fakt üzrə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15