Azərbaycanda 4 il əvvəl törədilən cinayətin üstü açıldı
03 oktyabr 2019 12:07 (UTC +04:00)

Azərbaycanda 4 il əvvəl törədilən cinayətin üstü açıldı

 
 
Polis əməkdaşları 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstünü açıblar.
 
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girən 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.
 
Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar