APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
*****
10:01
Azərbaycan ordusu döyüş bölgəsində daha bir əsgərini itirib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov aldığı güllə yarasından ölüb.
Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədov bu gün dəfn olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.