Azərbaycan MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib
01 iyun 2019 16:12 (UTC +04:00)

Azərbaycan MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycanının daxili işlər naziri, general-polkovnik Ramil Usubov MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək məqsədilə Özbəkistanda ikigünlük rəsmi səfərdə olub.
 
Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev MDB Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) üzvlərini qəbul edib.
 
O, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığını, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsinin aparılması istiqamətində də səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.
 
Görüşdə əlaqələrin daha da genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
 
Mayın 31-də Daşkənd şəhərində Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.
 
Tədbiri giriş sözü ilə Özbəkistan Respublikasının Daxili İşlər naziri, general-leytenant Pulat Bobojonov açıb və DİNŞ-in iclasına uğurlar arzulayıb.
 
Şuranın sədri, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, son bir ildə Birlik iştirakçısı olan ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın səmərəliyinin artırılmasına yönəlmiş tədbirlər fəal şəkildə davam etdirilib, MDB-nin İcraiyyə Komitəsi, bu qurumun xüsusiləşdirilmiş sahələrarası orqanları ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də DİNŞ-in Bakı iclasının qərarlarının və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.
 
Sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə uyğun olaraq Şuraya rəhbərlik Özbəkistan Respublikasının Daxili İşlər nazirinə həvalə olunub.
 
İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin DİN-lərinin 2030-cu ilədək əməkdaşlıq Konsepsiyası, daxili işlər orqanları tərəfindən kompleks razılaşdırılmış və birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin vahid qaydalarını reqlamentləşdirən sənəd, MDB məkanında terrorizm, ekstremizm, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində müzakirələr aparılıb.
 
MDB-nin iştirakçısı olan dövlətlərin DİN-lərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası proqramların yerinə yetirilməsinin gedişi barədə çıxış edən nazir R. Usubov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə səsləşən vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini ifadə edib.
 
O bildirib ki, ötən illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyində minlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiyasa olunub.
 
R. Usubov son illər ölkəmizdə cinayətkarlıqla aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən təqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.
 
Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
 
İştirakçılar Şuranın iclasının işinə verdiyi yüksək qiymətə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46