Azərbaycan 21 məhbusu İrana təhvil verdi
02 mart 2016 12:43 (UTC +04:00)

Azərbaycan 21 məhbusu İrana təhvil verdi

 

Bu gün 21 iranlı məhbus cəzalarının qalan hissəsini İranda çəkmək üçün ölkəsinə təhvil verilib.

 

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, onların arasında 3 qadın var: “Bu işlər iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən aparılır. Azərbaycan həbsxanalarında olan digər iranlıların da İrana verilməsi ilə bağlı ən yüksək səviyyədə danışıqlar davam etdirilir. Hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var, 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır”.

 

Məlumata əsasən, təhvilvermə işi Astara sərhəd-keçid məntəqəsində baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar