Azərbaycan-İran sərhəd-keçid məntəqələri yaxın vaxtlarda açılacaq
08 noyabr 2013 22:09 (UTC +04:00)

Azərbaycan-İran sərhəd-keçid məntəqələri yaxın vaxtlarda açılacaq

Bu gün İran və Azərbaycan sərhədçiləri arasında Poldəşt sərhəd məntəqəsində görüş keçirilib. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problemlər ətrafında müzakirələr aparılıb.

 

Görüşdə qərara alınıb ki, bu cür təmaslar davam etdirilsin. Bağlanmış sərhəd-keçid məntəqələrin yaxın vaxtlarda açılacağı gözlənilir.

 

Qeyd edək ki, bu gün İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması və sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlərin nəticəsiz qalmasıdır.

 

Bəyanatda qeyd olunub ki, Azərbaycan tərəfi naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən sözügedən sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb.

 

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325
avatar

Oxşar yazılar